Hadisə

Çin sualtı nüvə qayığı qəzaya uğradı: 55 ölü.

Çin sualtı nüvə qayığı Sarı dənizdə bu ölkənin düşmən gəmilərini tutmaq üçün qurduğu tələyə düşərək qəzaya uğrayıb. Hadisə nəticəsində 55 dənizçi ölüb.

Daily Mail Britaniyanın kəşfiyyat xidmətinə istinadən hadisənin avqustun 21-də baş verdiyini bildirib.

Qeyd olunur ki, oksigen sistemlərinin sıradan çıxması nəticəsində 55 ekipaj üzvü həlak olub. Onlardan 22-si zabit, 7-si kyrsant-zabit, 9-u kiçik zabit, 17-u dənizçidir. Ölənlər arasında sualtı qayığın kapitanı Syu En Pen də var.

Eyni zamanda qeyd edilir ki, indiyədək Çin sualtı qayığının mümkün itkisi ilə bağlı açıq mənbələrdə məlumat yoxdur. Rəsmi olaraq Çin hadisəni inkar edir. Bundan əlavə, Daily Mail qeyd edir ki, görünür, Pekin zədələnmiş sualtı qayığa görə beynəlxalq yardım tələb etməkdən imtina edib. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər

Cümşüdün həyatına son qoyan yolun məsuliyyətini kim daşıyır?

redaktor

Bakıda DƏHŞƏT: keçmiş arvadını və oğlunu güllələyən şəxs tutuldu

admin

Onların sağ qalmaları bir möcüzə idi

admin