32 C
Bakı
12 Avqust 2025 14:58
İdman

Qurbanov heyətlə bağlı problemlərin olduğunu açıqladı

 

“Dünən və bu gün pis hazırlıq keçmədik. Yaxşı rəqibə qarşı oynayacağıq. “Hakken”in öz xüsusi oyun üslubu var. Bizim üçün vacib matçlardan biridir. Futbolçulara rəqib haqda daha ətraflı məlumat verəcəyik. Vaxtımız var”.

Tacxeber.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçin “Hekken” klubu ilə oyun üçün səfərə yollanarkən jurnalistlərə açıqlamasında deyib.

Q.Qurbanov heyətlə bağlı problemlərin olduğunu bildirib: “Bəhlul Mustafazadə, Marko Veşoviç zədəlidir. Redon Cica düzdür komanda ilə məşqlərə başlayıb, amma hələ tam hazır deyil. Bir-iki mikrozədəlilərimiz var. Onlar qarşıdakı günlərdə hazır olmalıdır”.

Qeyd edək ki, oktyabrın 5-i  oynanılacaq “Hakken” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər

“Belə bir şey yoxdur ki, həmişə “Qarabağ“, Qurban Qurbanov qalib gəlməlidir“

redaktor

Azərbaycan millisinin sabiq futbolçusu ictimaiyyətdən yardım istədi – Foto

redaktor

Mourinyo 30 milyon avroluq təklifi rədd etdi

admin