Siyasət

Ermənistan KTMT ilə yollarını ayırır? – Mirzoyan cavab verdi

Beynəlxalq tərəfdaşlar Ermənistandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı tələb etməyiblər. “Ölkə.az” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə birgə mətbuat konfransında bildirib.

Fransalı nazirdən Paris və İrəvan arasında müdafiə sahəsində əməkdaşlığın qurulması üçün Ermənistanın KTMT ilə qarşılıqlı əlaqəsini dayandırmasının Fransa üçün vacib olub-olmaması ilə bağlı sual verilib.

Kolonna sualı Mirzoyana yönləndirərək əlavə edib ki, İrəvan və Paris artıq bir sıra məsələlərdə razılığa gəliblər və gərginliyin artmasına səbəb olmasın deyə bu sahədə çox məsuliyyətli davranırlar.

Öz növbəsində Mirzoyan qeyd edib ki, söhbət Ermənistanın müdafiə potensialının təşviqindən gedir.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya neftini gizli yollarla daşıyan Azərbaycan neft tankerləri.

admin

Nəsib Məhəməliyev: “Rusiyanın Azərbaycana daha çox ehtiyacı var, nəinki Azərbaycanın Rusiyaya”

redaktor

Avropa ölkəsindən rusiyalılara QADAĞA: Martın 11-dək…

admin