Dünya

“Zəlzələ kahini”ndən yeni iddia: 48 saat ərzində bu ölkədə dəhşətli zəlzələ olacaq

 

Özünü “zəlzələ kahini” kimi təqdim edən hollandiyalı Frank Huqerbetsin verdiyi zəlzələ açıqlamaları gündəm olub.

Tacxeber.com xəbər verir ki, o, Pakistanda 48 saat ərzində böyük bir zəlzələ olacağını iddia edir.

Frank açıqlamaları ilə Pakistanda panika və qorxu yaradıb.

Onun “SSGEOS” tədqiqat qrupu Pakistandakı nasazlıq xəttində elektrik sıxlığının çox yüksək olduğunu iddia edib.

Pakistan Meteorologiya İdarəsi iddialarla bağlı açıqlama verməyib.

Bundan əvvəl Pakistan Meteorologiya İdarəsi zəlzələ ilə bağlı proqnozların heç bir elmi əsası olmadığını bəyan edib.

Xatırladaq ki, F. Huqerbets daha öncə 2015-ci ildə Nepalda baş verən 7,8 bal gücündə zəlzələ haqqında 5 gün əvvəldən proqnoz vermişdi.

Fevralın 6-sı isə baş verən Cənubi-Mərkəzi Türkiyə, İordaniya, Suriya və Livanda 7,4 bal gücündə zəlzələnin olacağını 3 gün öncədən tviter hesabında qeyd etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkədə çəkisi 50 kq-dan az olanların küçəyə çıxması qadağan edildi – VİDEO

redaktor

Zəlzələ təhlükəsi artır: Əhali qorxu içində – İstanbul sürətlə boşalır

admin

CHP-lilərin daxili işlər naziri ilə davası – Video

redaktor