Təhsil

Təyyarədə həyəcanlı ANLAR: pilot təcili eniş etdi

Antalyadan Ufaya uçan “Corendon Airlines” təyyarəsinin salonunda depressurasiya yaranıb.

Bu barədə Rusiya mətbuatı yazır.

Sərnişinlərdən birinin verdiyi məlumata görə, salona soyuq hava daxil olub. Sonra oksigen maskaları yerə düşüb və insanların qulaqları tıxanmağa başlayıb.

Hadisə zamanı pilot təcili eniş barədə məlumat verib. Təyyarə tezliklə Ufa hava limanına enib.

Hadisə şahidinin sözlərinə görə, pilotlar öz tapşırıqlarını peşəkarlıqla yerinə yetiriblər və heç bir sərnişin xəsarət almayıb.

Hazırda hadisənin səbəbi məlum deyil. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər

17 min müəllimin maaşı heç 500 manat da deyil.

admin

Koreyaya tələbə olaraq getdi, hazırda Seulun fəxri vətəndaşıdır – MÜSAHİBƏ

admin

“Uşaqlığı oğurlanan nəsil təhsil sisteminin günahıdır.”

redaktor