25 C
Bakı
10 Avqust 2025 23:21
Dünya

Vətən müharibəsinin ilk günü işğaldan azad edilən ərazilər – SİYAHI

 

Bu gün Vətən müharibəsinin başlanmasının üçüncü ildönümüdür.

Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatının birinci günündə işğal altındakı altı ərazi işğaldan azad edilib.

Azərbaycan Ordusu üç istiqamətdə – Füzuli, Cəbrayıl və Kəlbəcər – müharibənin ilk uğurunu qazanıb.

Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri işğaldan təmizlənib.
Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərində də işğala son qoyulub.

Ordumuzun 27 sentyabrdakı uğurlu əməliyyatları nəticəsində Kəlbəcərin Murovdağ zirvəsi də işğaldan azad edilib.

Tacxeber.com

Oxşar xəbərlər

İki Rusiya Su-30 qırıcısı Qara dəniz üzərində vurulub

redaktor

KTMT-nin iflası: Rusiya niyə müttəfiqsiz qalıb?

admin

Prezident İlham Əliyev fərman imzaladı

redaktor