10 C
Bakı
16 Mart 2026 15:24
Siyasət

Vitali Balasanyan da həbs olundu, Bakıya gətirilir.

Qarabağda qondarma rejimin “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyan Ermənistana gedərkən Laçın nəzarət-buraxılış məntəqəsində xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Tacxeber.com xəbər verir ki, Bizim.media.az-ın əldə etdiyi məlumata görə, Balasanyan Bakıya gətirilir.

Qeyd edək ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib.

1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

Qeyd edək ki, bu gün qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, Vitali Balasanyan 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi qətlima görə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

İran Zəngəzur dəhlizinə qarşı: Necə mane olacaq?

redaktor

Overçuk: Moskva, Bakı və Tehran Fars körfəzinə qədər logistika qurur

redaktor

Bu müharibənin sonu necə olacaq?

redaktor