12 C
Bakı
28 Mart 2026 19:53
Gündəm

Ordumuzun Xocalıya daxil olduğu bildirilir – FOTOLAR

 

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingenti ilə birlikdə Xocalıya daxil olduğu iddia edilir.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Tacxeber.com xəbər verir ki, Xocalı şəhərinə girişi əks etdirən fotonun geolokasiyasına baxdıqda məlumatın doğruluğu qüvvətlənir.

Qeyd edək ki, bu barədə rəsmi informasiya verilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Hazırda qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsi prosesi aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Professor Şenay: “Ermənistan Xocalı faciəsini tanımalıdır”

redaktor

Rusiya MN-dən AÇIQLAMA: Qarabağdakı separatçıların ümidləri puç oldu

redaktor

Bakıda taksi müştərini aeroportdan 139 manata gətirdi – Polis məsələyə qarışdı

admin