Cəmiyyət

Vasif Talıbovun ailə üzvlərinin keçmiş bankı bu şirkətdən kredit tələb edir

 

Bakı Kommersiya Məhkəməsində “Naxçıvan Bank” ASC-nin “VIP Garage Service” MMC-yə qarşı məhkəmə iclası başlayıb.

Tacxeber.com-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 19-natəyin edilib.

Qeyd:“Naxçıvan Bank” ASC “VIP Garage Service” MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr tələb irəli sürüb.

Xatırlatma:Azərbaycanın yeganə regional bankı olan “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bundan əvvəl səhmlər Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olub. Belə ki, onun oğlu Rza Talıbov kredit təşkilatında 63,66%, digər oğlu Seymur Talıbov 20,48%, qızı Baharxanım Talıbova 9,82%, xanımı Sevil Sultanova isə 6,04% paya malik olub. Bu ilin iyun ayında bank yeni səhmdarları açıqlanıb. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.

Kamal Məmmədov

Tacxeber.com

Oxşar xəbərlər

“Kişilər qucaqlaşır, generallar öpüşür. Bu nədir?”

redaktor

NVIDIA məsələsi

redaktor

“Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb”

redaktor