Dünya

Abramoviç sanksiyalara görə 1 milyardlıq kolleksiyanı keçmiş arvadının adına keçirdi.

Rusiyalı oliqarx Roman Abramoviç Rusiyanın Ukraynaya təcavüzündən bir neçə həftə əvvəl Qərbin sanksiyalarının nəticələrindən ehtiyat edərək 1 milyard dollar dəyərində sənət kolleksiyasını keçmiş həyat yoldaşının adına keçirib.

Qaynarinfo bu barədə “The Guardian”ın araşdırmasına istinadən xəbər verir.

Jurnalistlərin əldə etdiyi sənədlərə görə, 2022-ci il fevralın 4-də, Rusiyanın Ukraynaya təcavüzündən üç həftə əvvəl Kipr trastı “Ermis Trust Settlement”in nizamnaməsinə dəyişikliklər edilib, nəticədə Abramoviçin trastdakı payı azalıb və onun keçmiş həyat yoldaşı Darya Jukova 51%-lə böyük payçıya çevrilib. Rusiyalı oliqarx səhmlərin 49%-ni özündə saxlayıb.

Sənədlər göstərir ki, 2018-ci ilə kimi Abramoviç 963 milyon dollar dəyərində 367 eksponat toplayıb. Onun sənət kolleksiyasına xüsusilə Klod Mone və Pablo Pikassonun rəsmləri daxildir.

Qeyd edilir ki, saziş 2022-ci ilin fevralında, Britaniya hökumətinin Kremlə dost oliqarxlara Rusiyanın Ukraynaya müdaxiləsi halında onların aktivlərinə həbs qoyula biləcəyi barədə xəbərdarlıq etməsindən bir neçə gün sonra qüvvəyə minib.

Və 10 mart 2022-ci ildə Böyük Britaniya Abramoviçə qarşı sanksiyalar tətbiq edib və bu, onun aktivlərinin, o cümlədən “Çelsi” futbol klubunun dondurulmasına səbəb olub.

Az sonra Aİ də Abramoviçə sanksiya tətbiq edib, lakin o, hələ də ABŞ-ın sanksiyalarına məruz qalmayıb.

Aİ, Böyük Britaniya və ABŞ qaydalarına əsasən, sanksiyaya məruz qalan şəxs əmlakının 50%-dən çoxuna sahib olduqda həmin aktiv dondurula bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin

“Beşiktaş” hadisələrindən kənar daha bir Türkiyə qalmaqalı: milyardlıq mərc əməliyyatında 21 həbs

admin

Boris Conson Qərbdən Rusiyaya qarşı müharibəyə başlamağı tələb edir

redaktor