20 C
Bakı
23 İyun 2025 06:35
Cəmiyyət

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb  – FOTO/VİDEO

 

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

APA xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.

Oxşar xəbərlər

Sensasion iddia: “Hacı Şahinin qəfil ölümü…” – Ərəstun Oruclu

redaktor

Sumqayıt İH-in 7 milyonluq tender verdiyi şirkət kimindir?

admin

“İçməli suyun qiymətini saxlaya bilməyəcəyik” – Deputat

redaktor