2 C
Bakı
11 Fevral 2026 12:19
Sağlamlıq

Normal yuxu almadığınızı göstərən 8 əlamət

 

Uzun müddət normal gecə yuxusu almayan insanlar bunun əvəzini itirilmiş sağlamlığı ilə ödəyə bilər.

“Medicina” xəbər verir ki, terapevt İrina Andreyeva yuxusuz qalmağın fəsadlarını tanımağın yollarını açıqlayıb.

Bu əlamətlər orqanizmə təcili surətdə normal yuxu lazım olduğunu göstərir.

“Diqqət, yaddaş pozğunluğu, immunitet zəifliyi, tez-tez xəstələnmə, psixi və emosional stabilliyin olmaması, stress vəziyyətində tez-tez əhvalın dəyişməsi, aqressiya, əzələ zəifliyi, enerji azlığı, ürək-damar problemləri, piylənmə, insulin dirənci və s.

Əgər bu əlamətlər varsa, siz hər axşam 8-9 saat gecə yuxusu almalısız.

Amma yuxuya getmək üçün özünüzü məcbur etməyin, bu halda rahat yatmaq olmayacaq. Bədəninizi öyrənin,rejimi qaydaya salın.

Əgər siz yerinizə uzandıqdan sonra 30 dəqiqə ərzində yuxuya gedə bilmirsizsə, deməlik, yuxusuzluq problemi var.

Belə adamlar qarışıq yuxular görür, yuxusu yadda qalmır, yuxudan oyanandan sonra aclıq hiss edir”.

Tacxeber.com

Oxşar xəbərlər

Göbələkdən kütləvi zəhərlənmə halı var? – RƏSMİ AÇIQLAMA

redaktor

Azərbaycanda həkimlər ürəyi dayanan xəstəni 10 dəqiqə sonra həyata qaytardılar – VİDEO

redaktor

Xərçəng və QİÇS-in müalicəsində süni zəkadan istifadə olunacaq

redaktor