29 C
Bakı
14 Avqust 2025 18:26
Cəmiyyət

“Qeyrətli oğullar canından keçir, sizin kimi bambılılar…” – Tolik əsəbləşdi

 

“TikTok” ölkədə dayandırılıb. Hansı səviyyəsiz tiktoker VPN-lə canlı yayım açsa, kimliyindən asılı olmayaraq, yıxıb-sürüyəcəyəm!”

Bu müraciəti tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) edib.

Sosial şəbəkə hesabında bu barədə yazan Tolik tiktokerləri sərt şəkildə tənqid edib:

“Jeton yolçuları! Rədd olun bu ölkədən! Sizdən qeyrətli oğullar canından keçir, şəhid olur ki, sizin kimi bambılılar jetonla camaatdan istifadə edəsiniz?

Bəsdir düşmənə bizi güldürdünüz! Bir neçə gün “TikTok”suz qalsanız, acından ölməzsiniz! Cavan, igid oğullar şəhid olur, bir neçə gün jeton dilənməsəniz heç nə olmaz!”

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hazırda Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur.

Xəbərdə bildirilir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur./Yenisabah.az

Tacxeber.com

Oxşar xəbərlər

Elgizdən ŞOK AÇIQLAMA: “Cavan qızlar universitetə ​​”çırıl-çılpaq” gəlirlər” – VİDEO

redaktor

Naxçıvanın 488 milyonluq mənimsəmədə ittiham edilən məmurları azadlığa buraxılıb – KİV

admin

Müsavat və AXCP prezident seçkilərində iştirakdan imtina etdi.

admin