19 C
Bakı
10 Oktyabr 2026 15:33
İqtisadiyyat

Nazir müavininin oğlunun şirkəti 1 milyon qazandı

 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlunun şirkəti 2023-cü ilin ilk yarısında 1,023 milyon manat qazanc əldə edib.

Tacxeber.com-ın məlumatına görə, sözügedən dövrdə “BOA Agency”  ASC-nin əsas əməliyyat gəlirləri 3,3 milyon manat, sair əməliyyat gəlirləri 39,916 min manat, xərcləri isə ümumilikdə 2,319 mln manat təşkil edib.

1,023 mln manat mənfəət əldə edən şirkət 204,650 min manat vergi ödəyib və hesab dövrü üzrə xalis mənfəəti 818,601 min manat olub.

Şirkətin cəmi aktivləri 12,664 mln manat, cəmi öhdəlikləri 10.ş671 mln manat, cəmi kapitalı isə 1,993 mln manat təşkil edib.

Qeyd edək ki, bütün növ aktivlər, passivlər və eləcə də, kredit  borcların qaytarılması üzrə tam xidmət göstərən “BOA Agency”  ASC-nin səhmdarları Yusifov Yadulla Vaqif oğlu (50%) və Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir (50%).

Tacxeber.com

Oxşar xəbərlər

İranda iqtisadi iflas prosesi başlayıb – Neft naziri niyə istefa verib?

redaktor

Pul kütləsi niyə sürətlə artır? Hansı risklər var?

redaktor

ABŞ-dan Rusiyaya gözlənilməz zərbə…

admin