Şou

“Danışmağa imkan vermirdin” – İslamdan Mətanətə

“Danışmağa imkan vermirdin” - İslamdan Mətanətə

Xəbər verdiyimiz kimi, aparıcı İslam Mehrəliyev “Xəzər axşamı” şousundan ayrılıb.

Tacxeber.com-ın məlumatına görə, yeni mövsümdən verilişi Mətanət Əliverdiyeva tək aparacaq. Bununla bağlı aparıcılar video çarx hazırlayıblar.

Çarxda İslamın Mətanətə “Onsuz da danışmağa imkan vermirdin. Get, o veriliş, o da sən. Nə qədər istəyirsən, danış” deməsi diqqət çəkib.

Belə ki, ötən mövsümdə də sosial şəbəkədə İslamın proqramda az danışdığı, M.Əliverdiyevanın ona imkan vermədiyi müzakirə olunurdu.

Qeyd edək ki, İslam “Space TV”də tamaşaçıların qarşısına çıxır. O, “Salamlar” adlı səhər proqramına aparıcılıq edir.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə məşhurlara qarşı gecə əməliyyatı: Özcan Deniz və Deniz Çakır saxlanılıb

admin

Yamalın atası yenə insident törədib

admin

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

redaktor