İdman

“Qarabağ”ın legioneri Azərbaycan millisində oynayacaq?

Abdullah Zubir beş ildir ki, “Qarabağ”ın formasını geyinir. Onun milliləşdiriləcəyi və Azərbaycan yığmasına cəlb olunacağı gündəmdədir.

Sportal.azsaytına verilən məlumata görə, AFFA fransalı legioneri milliləşdirməyi planlaşdırmır. Məlumata görə, 31 yaşlı futbolçu millimizin çalışdırıcısı Canni De Byazinin də planlarına daxil deyil. Amma o, ölkə çempionatında yerli statusunda oynamaq imkanına sahibdir. Bunun üçün isə futbolçu özü təşəbbüs göstərməlidir.

Qeyd edək ki, Zubir “Qrenobl”, “İstr”, “Hibernian”, “Petrolul”, “Lans”da oynadıqdan sonra 2018-ci ildə “Qarabağ”a keçmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?

redaktor

“Qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq” – Qurban Qurbanov

redaktor

Ronaldo operatora əsəbiləşdi – VİDEO

redaktor