1 C
Bakı
06 Fevral 2026 00:12
Dünya

İtkin düşən Çinin müdafiə naziri.

İki həftədən artıqdır ictimaiyyət qarşısına çıxmayan Çinin müdafiə naziri Li Şanfunun “yoxa çıxması” ilə bağlı yeni təfərrüat məlum olub. O, hərbi texnikanın alınmasında yol verdiyi pozuntulara görə istintaq altındadır.

Bu barədə “Röyters” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Şanfunun 2017-ci ildən 2022-ci ilə qədər rəhbərlik etdiyi daha səkkiz nəfər də nazirlə birgə sorğulanır. İstintaqı Çin Silahlı Qüvvələrinin Mərkəzi İntizam Komissiyası aparır.

Agentlik nazirin hansı silahların alınmasında ittiham olunduğu barədə təfərrüatı açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl “Faynənşl Tayms” üç amerikalı məmura və kəşfiyyat məlumatlarına bələd olan iki şəxsə istinad edərək, Li Şanfunun vəzifəsindən uzaqlaşdırıldığını və istintaq altında olduğunu yazmışdı. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Rusiya ilə sərhəddə “əjdaha dişləri” yerləşdirdi.

admin

ABŞ etirazçıları dəstəkləmək üçün İrana zərbə endirməyi nəzərdən keçirir

redaktor

Dünya Putinin namizədliyi haqda nə düşünür?

redaktor