Cəmiyyət

Nazir Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə təyin edibmiş

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev millət vəkili Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə təyin edibmiş. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, millət vəkilinin qardaşı Novruzov Məhərrəm Dünyamalı oğlu müavafiq əmrlə ƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Regionlarla İş üzrə Mərkəzi Filialının direktorun müşaviri təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Məhərrəm Novruzov DSMF-nin 1 saylı nümayəndəliyinin müdir müavini vəzifəsində çalışıb. O, həmçinin uzun illər Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsini də tutub.

Tacxeber.com

Oxşar xəbərlər

“IFJ” və “EFJ” Azərbaycan hökumətinin tənqidi mediaya qarşı qəddar siyasətini pisləyib

admin

Müəllimlər Günü ilə bağlı “hədiyyə” təmtərağı – Valideyn komitələri hər il niyə pul YIĞIR?

redaktor

Tarixçi alimdən Emin Əmrullayevə SƏRT CAVAB: “Professorun maaşı sizin müşavirinizin maaşından belə aşağıdır”

admin