19 C
Bakı
10 Oktyabr 2026 14:27
DünyaGündəm

Məsciddə içki içdi: “Allah ilə dərdləşdim” – FOTO

 

Türkiyənin İstanbul şəhərində məscidə daxil olan şəxs içəridə spirtli içki içib.

Tacxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, həmin şəxs sosial media hesabında paylaşım edərək “Allah ilə bir az dərdləşim” şərhini qeyd edib.

“Bura İstanbulun çox hərəkətli bölgəsidir. Amma məscid boşdur. Buna görə də içkini çantamdan çıxarıb içdim”.

O, fotonun altındakı şərhlərə cavabında dini dəyərləri ələ salmağa davam edib.

“Bunu necə bacardın?” şərhinə  “Atatürkə Əkbər dedim, cəsarətimi toplayıb içəri girdim” dedi.

“3200 məscidin kameralarına ayrı-ayrı baxsınlar. Tapanda polis bölməsinə gedib ifadə verəcəyəm”, – deyə o bidirib.

Yazıya verilən ciddi reaksiyalardan sonra həmin şəxs hesabını silib.

 

 

Oxşar xəbərlər

Yəməndə dəyişən hərbi-siyasi vəziyyət “Məkkə sazişi”ni ilk ciddi sınaq qarşısında qoyur

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Zelenski Vaşinqtonu sərt tənqid etdi

redaktor