21 C
Bakı
22 İyun 2025 23:05
Dünya

Misirdə məktəblərdə qızların niqab taxması qadağan edilir

Misirdə məktəblərdə qızların niqab taxması qadağan edilir 

Misir hökuməti orta və ali məktəblərdə qızların niqab taxmasını qadağan edib.

Tacxeber.comxəbər verir ki, müvafiq qərar Misirin Təhsil Nazirliyi tərəfindən qəbul olunub.

Yeni qaydalar sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi qadağanı təzyiq kimi qiymətləndirib, digərləri isə ona dəstək verib.

Nazirlik qeyd edib ki, təhsil ocaqlarında niqablı qızların olması qəbuledilməzdir. Tələbələrə məktəb və universitetlərə hicabla gəlməyə icazə veriləcək, lakin bu, nazirlik və yerli təhsil müdirliyi tərəfindən müəyyən edilən rəngdə olmalıdır. Bundan başqa, valideynlər öz qızlarının hicab seçiminə müdaxilə etməməli, onların saçlarını örtməsi sərbəst olmalıdır.

Yeni qaydalar cari tədris ilinin əvvəlindən – sentyabrın 30-dan 2024-cü ilin iyununa qədər qüvvədə olacaq. Qərar həm dövlət, həm də özəl məktəblərə şamil ediləcək.

Tacxeber.com

Oxşar xəbərlər

SSRİ tarixinin ən qanlı terror aktı – Yadigar Sadıqlı

admin

Rüşvətxor məmurların pulları ilə məktəblər tikiləcək

redaktor

Putin  BMT Baş Assambleyasının növbəti sessiyasına getməkdən qorxdu…

admin