Siyasət

Baqdasaryan: Qatillər Qarabağdan Ermənistana qaçır

 

Bloger Roman Baqdasaryan erməni cəmiyyətinə müraciət edərək Qarabağ klanının nümayəndələrinin Ermənistana daxil olmasının təhlükəli olduğunu qeyd edib.

Tacxeber.com xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb.

“Müharibədən 3 il keçir. Qarabağdan böyük bir satqın axını – Araikin “məmurları”, “generallar” və həbsxanalardan qatillər Ermənistana qaçır və burada cəzasız dolaşırlar. Niyə biz hər kəsə Qarabağdan Ermənistana getməyə icazə veririk?

Niyə heç kim Samvel Oqanovskinin Ermənistanda nə işlə məşğul olduğunu soruşmur? “Stepanakert merinin” arvadı kənd təsərrüfatına rəhbərlik edirsə, uşaqları ilə niyə Ermənistana qaçıb? Ermənistan işdə olmayan insanların maaşını necə verir və onlar Ermənistanda kef edirlər?”

Bloger həmçinin sual edir ki, Bako və Araikin göstərişi ilə həbsxanalarda adam öldürən o qarabağlılar niyə İrəvanda sakit gəzirlər: “İnsanlar cinayət məsuliyyətinə cəlb olunur, adam öldürməkdə ittiham olunur və eyni zamanda sakitcə Ermənistana köçürlər. Təsəvvür edə bilərsinizmi ki, onlar hansı zərərlərə səbəb ola bilər?”

Tacxeber.com

Oxşar xəbərlər

Binəli Yıldırım: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşib”

redaktor

Elman Nəsirov: “Alman və fransız deputatları korrupsiya çirkabına bulaşıblar, ayıblarına kor olmurlar”

redaktor

Azərbaycanlılar Zəngəzur dəhlizindən necə gedəcəklər? – Paşinyan AÇIQLADI

redaktor