Siyasət

Fazil Mustafanın partiyası bağlanır? – Özü danışdı

Fazil Mustafanın partiyası bağlanır? – Özü danışdı

 

Milli Məclisin deputatı Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasının özünü buraxacağı ilə bağlı xəbərlər yayılıb.

Tacxeber.com xəbər verir ki, F.Mustafa məsələyə münasibət bildirib.

Deputat sosial şəbəkə hesabında yazdığı statusda bu xəbərin doğru olmadığını vurğulayıb. Fazil Mustafa yeni qanunvericiliyin tələbinə uyğun olaraq partiya üzvləri ilə bağlı hüquqi prosedura başa çatdırdıqlarını qeyd edib.

Deputat deyib ki, Azərbaycanda siyasi partiyanın fəaliyyət göstərməsi üçün tələb olunan 7 min üzvün siyahını müvafiq dövlət qurumuna təqdim ediblər.

Fazil Mustafa rəhbərlik etdiyi siyasi təşkilatla bağlı həqiqətə uyğun olmayan məlumat yayan informasiya resursu ilə bağlı hüquqi müstəvidə tədbir görüləcəyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Paşinyanı ağır cəza ilə hədələdi: Kreml Ermənistanı xəritədən silməklə təhdid edir.

admin

Ukrayna düşmənə konkret və ədalətli cavab hazırlayır – Zelenskidən iddialı sözlər.

admin

Kremli belə urvatsız edən, fəndə salan olmamışdı – Sülhməramlılar gedir

redaktor