26 C
Bakı
24 Avqust 2026 01:40
Dünya

Payız çətin olacaq, Ukraynanın 45 gün vaxtı qalıb .

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının aktiv mərhələsi daha 30-45 gün davam edə bilər. Bundan sonra hücum əməliyyatı hava şəraitinə görə çətinləşəcək.

Bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.

Onun sözlərinə görə, payızda ukraynalı hərbçilərin manevrləri daha çətin olacaq, buna görə də hücum hərəkətləri ləngiyə bilər:

“Ağır döyüşlər hələ də davam edir. Ukraynalılar döyüşür və ardıcıl olaraq irəliləyirlər. Döyüş üçün əlverişli hava şəraiti təxminən 30-45 gün qalıb. Döyüşlər hələ bitməyib. Ukrayna Silahlı Qüvvələri planlaşdırdıqları döyüş mərhələsini hələ başa çatdırmayıb. Əvvəldən demişdim ki, bu müharibə uzun, ləng, ağır və böyük itkilərlə davam edəcək”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

“Kişilər qucaqlaşır, generallar öpüşür. Bu nədir?”

redaktor

Azərbaycan və Özbəkistan: Avrasiyanın yeni strateji körpüsü

redaktor

İranda hazırkı siyasi və inzibati durum barədə…

redaktor