Cəmiyyət

“Havadan əsl müharibə qoxusu gəlir”

 

“Ermənistanla Azərbaycan arasında şərti sərhəddə eskalasiya daha da güclənir və bu, İrəvanı sülh müqaviləsinə məcbur etmək prosesinin həlledici mərhələyə qədəm qoyduğunu göstərir”.

Tacxeber.com xəbər verir ki, bunu ABŞ-da yaşayan siyasi təhlilçi Ramiz Yunus bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı artıq gözləmək niyyətində deyil: “Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağ ərazisindən dərhal çıxarılmasını və Ağdam-Xankəndi yolunun açılmasını tələb edir ki, bu da vəziyyətin bir qədər gərginləşməsinə və tərəfləri danışıqlar masasına qaytarmağa kömək edəcək”.

Təhlilçi vurğulayır ki, yenə havadan əsl müharibə qoxusu gəlir: “Çaşqınlıq və təlaşın hökm sürdüyü Ermənistan cəmiyyətindən fərqli olaraq, Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi monolitdir və hökumətdən başladığı işi başa çatdırmağı tələb edir. 27 sentyabr 2020-ci ildə başlayan Qarabağdakı erməni separatizmin məhv edilməsi prosesi birdəfəlik başa çatmalı və Azərbaycan Konstitusiyası bütün ölkə ərazisində tam bərpa edilməlidir. Şərqdə deyirlər: “Vacib olan qazanmaq həvəsi deyil – hamıda var. Əsas qalib gəlmək iradəsi və hazırlığın olmasıdır”. Bunu Azərbaycan inamla nümayiş etdirir və bütün cəmiyyətin Qarabağ məsələsində həmrəy olduğu aydındır”.

Tacxeber.com

Oxşar xəbərlər

Xüsusi karantin rejiminin müddəti yenə də uzadıldı

admin

Rasim Balayev Xoşqədəm və Zauru tənqid etdi – VİDEO

redaktor

Vüqar Qurbanov qızına toy etdi: Bu məşhurlar gəldi, yer pulu isə… -FOTO/VİDEO

redaktor