19 C
Bakı
10 Oktyabr 2026 12:29
GündəmSiyasət

Ərdoğan: “Paşinyana xəbərdarlıq edəcəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyan ilə sabah telefon danışığı aparacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammiti çərçivəsində mətbuata açıqlamasında bildirib

“Bölgəni (Qarabağ) sakitliyə dəvət etməkdən başqa çarəmiz yoxdur. Sabah Paşinyanla danışacağam. Bölgədə gərginliyi azaltmağa çağırmaqdan başqa çarəmiz yoxdur. Sabahki danışdığım zamanı Paşinyana xəbərdarlıq edəcəm, belə bir seçkinin qəbul edilə bilməyəcəyini nəzərə çatdıracam”, – deyə R.T. Ərdoğan bildirib.

Türkiyə Prezidenti həmçinin bildirib ki, Ermənistanın atdığı addımlar düzgün deyil.

“Bunu qəbul etmək mümkün deyil. Biz də buna müsbət baxmırıq. Sabah Paşinyanla görüşəcəm. Bu məsələ ilə bağlı onlara xəbərdarlıq edəcəyik və belə bir seçimin qətiyyən mümkün olmadığını bildirəcəyik. Onsuz da görüşdüyüm ölkələrin heç biri bunu qəbul etmir”, – deyə R.T. Ərdoğan vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Zelenski Vaşinqtonu sərt tənqid etdi

redaktor

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor