Cəmiyyət

Un məmulatlarına kimyəvi maddələr əlavə edilir? – VİDEO

 

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, üzərində pəhriz üçün yazılan çörəklər düzgün bişirilmir. Onların sadəcə adı pəhriz üçündür. Bu çörəklərdən istifadə artıq çəkiyə də səbəb olur.

Tacxeber.com xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, pəhriz çörəyi adı altında çoxsaylı çörək növləri satılır:

“Bu çörəklərin baha olması onların tam pəhriz çörəyi olması demək deyil. Bəzən görürük ki, 72 saatdan artıq qalmış pəhriz çərəkləri xarab olmur. Bu o deməkdir ki, həmin çörəklərə kimyəvi maddələr qatılır”.

Diyetoloq Ləman Süleymanova isə qeyd edib ki, pəhriz çörəklərinə çay qalığı, rəngverici inqridentlər əlavə edilir. Bu da xərçəng xəstəliyinə səbəb ola bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

 

 

Oxşar xəbərlər

Bakıda satılan kolbasalarla bağlı ŞOK FAKTLAR – Donuz dərisi, quar saqqızı və…

redaktor

Azərbaycan kripto sıralamasında tutduğu yerə diqqət edək

admin

Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib

admin