24 C
Bakı
13 Avqust 2025 06:58
Dünya

Hindistana təzyiq başladı – Britaniya hərəkətə keçdi

Böyük Britaniya Baş naziri Rişi Sunak Hindistan lideri Narendra Modi ilə gözlənilən görüş zamanı Ukraynadakı müharibəni dayandırmağa kömək etmək üçün Rusiyaya təsirindən istifadə etməyi tələb edəcək.

Bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

İki liderin görüşü G-20 sammiti çərçivəsində Dehlidə baş tutacaq.

İkitərəfli ticarət sazişi, habelə Hindistanın münaqişənin həllində rolu ilə bağlı müzakirələr planlaşdırılır.

“Hindistanı amansız işğalı dayandırmaq üçün öz təsirindən istifadə etməyə təşviq etmək üçün Modi ilə bütün görüşlərdən istifadə edəcəyik”, – Britaniya baş nazirinin ofisinin sözçüsü nəşrə deyib.

Buna baxmayaraq, “Financial Times” qeyd edir ki, Hindistanın müharibə kontekstində Rusiyaya qarşı mövqeyini dəyişməsi ehtimalı azdır. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Selçuk Bayraktar Ərdoğanın qızı ilə necə tanış olduğundan danışdı – VİDEO

redaktor

Saakaşviliyə daha 4,5 il HƏBS CƏZASI verildi

redaktor

Ölkəni ayağa qaldıran dəhşətli olay – Ata altı yaşlı qızını ərə verdi

admin