11 C
Bakı
30 Mart 2026 03:03
İdman

“Qarabağ”ın direktoru Şahruddinin gedəcəyini təsdiqlədi

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqası təmsilçisi “Adana Demirspor”la danışıqlar üçün sabah qardaş ölkədə olacaq.

Bu barədə “Qafqazinfo”ya “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl məlumat verib.

O bildirib ki, hər şey qolkiperin istəyindən asılı olaraq müəyyənləşəcək: “Təklif gəldi və Şahruddin hazırda bunu dəyərləndirir. Sabah son danışıqlar üçün Türkiyə klubunun düşərgəsində olacaq. Əgər tam razılıq olarsa, müqavilə imzalanacaq və qapıçı orada qalacaq. Onun komandamıza çox böyük faydası dəyib. Hər zaman Şahruddindən razı olmuşuq, bu gün də elədir. Amma istənilən halda qərarı özü verəcək”.

Klub rəsmisi futbolçunun transferi məbləği olmadan “Adana Demirspor”a keçəcəyi xəbərinə isə belə münasibət bildirib: “Hələ ki, bu barədə danışıq olmayıb. Biz onun karyerasının yaxşı olmasına sevinərik. Əgər Türkiyədə qalıb oynamaq istəsə, biz ona mane olmayacağıq”.  (qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Marselo “Qarabağ”la oyunda debüt edə bilər

admin

BİABIRÇILIQ: Avro-2024-ün püşkatma mərasimində pornofilm – VİDEO

redaktor

Alman futbolçu “Bakılı balası” ilə rəqs etdi – VİDEO

redaktor