Siyasət

Arutyunyan sonuncu quldurbaşıdır, Azərbaycanın tələbi ilə… – Erməni ekspertdən şok

 

“Araik Arutyunyan Qarabağı yaxın gələcəkdə nə gözlədiyini yaxşı bilir, ona görə də istefa verdi. Əgər maddi vəziyyətini yaxşılaşdırmağa azacıq ümidi olsaydı, qalardı. Ancaq o, tezliklə nə olacağını bilir”.

Tacxeber.com xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

Onun sözlərinə görə, Arutyunyanın bu qərarının yeni problemlər yaratmayacağına zəmanət yoxdur.

Erməni politoloqun fikrincə, Arutyunyan Xankəndidəki xunta rejimin sonuncusu rəhbəri ola bilər və yeni fiqur heç kim, o cümlədən Ermənistan hakimiyyəti tərəfindən tanınmaya bilər.

O əlavə edib ki, Arutyunyanı xunta rejiminin başına cinayətkar rejimin keçmiş başçıları gətirib. “Arutyunyan onların “məhsulu” olduğu kimi, yeni şəxs Şahramanyan da yəqin ki, onların “məhsuludur”. Araik rejimi Bako Saakyanın arxasında olan birinə verdi. Bu onu deməyə əsas verir ki, bu adamları Qarabağın taleyi maraqlandırmır, öz gücləri, öz maraqları maraqlandırır”, – ekspert qeyd edib.

Kiviryan onu da əlavə edib ki, Araik Arutyunyan Azərbaycanın tələbi ilə istefa verdiyini açıqlayıb. “Sonda hər şey o həddə çatdırılacaq ki, Qarabağ çətin vəziyyətə düşəcək”, – analitik yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskidən Putinə sürpriz: Masaya çağırır!

redaktor

Körfəz ölkələri ABŞ-ı İran hökumətini devirmək cəhdləri ilə bağlı xəbərdar etdi

redaktor

ABŞ Nümayəndələr Palatasının 21 üzvü Qubad İbadoğlu ilə bağlı qətnaməni imzaladı

admin