13 C
Bakı
27 Mart 2026 21:26
Cəmiyyət

Bakı metrosunun ilk xanım maşinisti vəzifəsindən azad edildi – VİDEO

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.

Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.

G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

 

Oxşar xəbərlər

Rusiya bu azərbaycanlını vətəndaşlıqdan çıxardı: Deportasiya olunacaq – FOTO

redaktor

Gündəlik xəbərləri oxumaq və izləmək psixika üçün təhlükəlidir – Həkim

redaktor

“Qarabağ”da “qan dəyişmə” – Addai və Kaşukla yeni dönəmin bünövrəsi.

admin