28 C
Bakı
11 Avqust 2025 18:13
Cəmiyyət

“TikTok”da trend olan saç yağı zərərli imiş

 

“TikTok”da saçların böyüməsi üçün rozmarin yağından istifadə edən yeni gözəllik trendi populyarlıq qazanıb”.

Tacxeber.com xəbər verir ki, “The Daily Mail”in verdiyi məlumata görə, sosial şəbəkədə bir çox ekspert və həkimlər bunu etməyi məsləhət görürlər.

Lakin dermatoloq Vanita Rattanın nəşrə verdiyi açıqlamada bildirib ki, efir yağının istifadəsi saçların qırılmasına və baş dərisinin iltihabına səbəb ola bilər.

“Vaxtında müalicə olunarsa baş dərisindəki iltihab bir neçə aydan sonra keçə bilər, amma bu, saçların daha yavaş böyüməsinə səbəb olacaq. Ona görə də bu yağlardan istifadə etməyə dəyməz”, – dermatoloq qeyd edib.

Həkim xəbərdarlıq edir ki, efir yağları dermatitə səbəb ola bilər. “Efir yağları quru dəriyə və saçları sağlam saxlamaq üçün lazım olan kritik protein olan kollagenə zərər verən sərbəst radikalların meydana gəlməsinə kömək edə bilər”, – deyə Ratta bildirib.(Bizimyol.info)

Tacxeber.com

Oxşar xəbərlər

İsti havada Günəş altında işlədilənlər: Kim məsuliyyət daşıyır?

redaktor

Anar Məmmədovun xaricdəki restoranlarının ümumi dövriyyəsi bu qədərdir – AÇIQLANDI

redaktor

Tibb Universiteti 115 min manata 36 ədəd ürək qapağı alır

admin