6 C
Bakı
28 Dekabr 2025 14:27
Dünya

Alman qadın nəhəng ilbizlər sataraq ildə milyonlarla dollar qazanır

 

Almaniya sakini nəhəng ilbizlər yetişdirir və bundan ildə milyonlarla dollar qazanır.

Məlumata görə, Münhenli Kris Bakli xəstə oğlunun daimi qayğıya ehtiyacı olduğu üçün işini tərk etmək məcburiyyətində qalıb. Ailənin o dövrdə əldə etdiyi yeganə gəlir sosial ödəniş və yerli kilsədən verilən yemək ianələri olub. Oğluna qulluq edərkən ilbizlərlə maraqlanıb. Kiçik bir araşdırma etdikdən sonra Kris 60 avroya ev heyvanı olan Afrika ilbizi alıb.

“Bir ilbiz sahibi olmaq fikri çox cəlbedici idi. Onlar heç bir diqqət tələb etmirlər”, – alman qadın seçimini izah edib.

Qısa müddətdən sonra Bakli ev heyvanının videolarını sosial mediada yerləşdirməyə başlayıb və istifadəçilər arasında populyarlıq qazanıb. İnsanlar qadına yazmağa və o cür ilbizi haradan ala biləcəklərini soruşmağa başlayıblar. Bundan sonra Kris onları yetişdirmək qərarına gəlib.

Bu iş o qədər uğurlu alınıb ki, ailəsinin tez bir zamanda heç nəyə ehtiyacı qalmayıb. Qadının sözlərinə görə, o, ilbiz sataraq ildə milyonlarla dollar qazanır və onun fermasında hazırda 5 mindən çox ilbiz var və onlara üç işçi nəzarət edir./Oxu.az

Tacxeber.com

Oxşar xəbərlər

Çin insan beyninə implant yerləşdirdi: Artıq düşüncə ilə videooyun oynayır

redaktor

Rusiyada “vaqner”çiləri öldürən 4 erməni həbs edildi…-RƏSMİ

admin

ABŞ və Avropanın 8 nəhəngi 750 milyard dollarlıq sifariş alıb

admin