19 C
Bakı
23 İyun 2025 23:36
Cəmiyyət

“Telekanal rəhbərliyi zənglərimizə cavab vermədi” – “Qarabağ”ın direktoru

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Olimpiya” (Slovenia) – “Qarabağ” matçının canlı yayımını izləmək müşkülə çevrildi. Oyunu göstərməli olan “İdman Azərbaycan” telekanalı izləyicilərini müxtəlif roliklərlə “feyziyab” etdi.

Telekanal “texniki xəta səbəbilə “Olimpiya” – “Qarabağ” matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”, – açıqlamasını yaydı. Yalnız 70-ci dəqiqədən sonra efirə gedən matçın yayımı əlbəttə ki, hamını narazı saldı.

Sport24.az “Qarabağ”ın direktoru Emrah Çelikellə əlaqə saxlayıb. Klub rəhbərinin açıqlaması “aydın səmada şimşək” effekti verdi: “Siqnal idealdır. Oyun başlayandan bəri telekanal rəhbərliyinə etdiyim çoxsaylı telefon zəngləri heç bir effekt vermir. Zənglərim cavabsız qalıb”.

Çelikel “sizcə, bu hal niyə yaşanıb? Telekanal rəhbərliyi niyə zənglərinizə cavab vermədi” suallarına dərindən ah çəkərək, “bilmirəm, vallah, bilmirəm” cavabını verdi.

Təəssüf. Ölkənin avrokuboklarda yeganə təmsilçisi tarixi qələbə qazanır, azərbaycanlı futbolsevərlər isə oyunu telefon üzərindən izləməklə kifayətlənməli oldu.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər Qarabağdan gedir – 200 illik qonaqlığın sonu

redaktor

KT və MRT müayinələrin ödənişi ilə bağlı yenilik gözlənilir

redaktor

Döymə ilə bağlı qorxunc xəbərdarlıq – Risklər açıqlandı

redaktor