24 C
Bakı
01 Oktyabr 2026 13:51
Cəmiyyət

Laçının Zabux kəndinə ilk köç başladı – FOTOLAR

Laçının Zabux kəndinə ilk köç başladı - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb.

Tacxeber.com Azərtac-a istinadən xəbər verir ki, avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub.

İlk mərhələdə kəndə 20 ailə – 88 nəfər köçürülür. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.

Qeyd edək ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.


Oxşar xəbərlər

Hicab bəhanəsi arxasındakı hədəflər…

redaktor

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin

Bu gün çox ağrıdım, Əvəz…

redaktor