Dünya

Kadırov Priqojin haqda: Ya prosesləri görmürdü, ya da görmək istəmirdi

 

Çeçenistan lideri Ramzan Kadırov təyyarə qəzasında həlak olan “Vaqner” lideri Yevgeni Priqojinin Ukraynanın işğalına böyük töhfə verdiyi və onun ölümünün Rusiya üçün böyük itki olduğunu bildirib.

Tacxeber.com xəbər verir ki, o öz teleqram kanalında Tverdə baş verən təyyarə qəzasında həlak olan Priqojinlə bağlı paylaşım edib.

“Şübhəsiz ki, Priqojin xüsusi hərbi əməliyyatın keçirilməsinə böyük töhfə verib. Onun ölümü bütün ölkə üçün böyük itkidir. Priqojinin yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – Kadırov deyib.

Priqojinlə uzun müddət dostluq münasibətlərinin olduğunu izah edən Kadırov “Vaqner”in keçmiş liderini “dövlət səviyyəsində mühüm şəxs” kimi xarakterizə edib.

Bununla belə, Kadırov bəyan edib ki, Priqojin son vaxtlar ölkədə baş verən proseslərin bütün mənzərəsini görmürdü və ya görmək istəmirdi.

Çeçen lider onu da əlavə edib ki, hər zaman Priqojini ölkənin maraqları naminə şəxsi ambisiyalarından əl çəkməyə çağırıb.

“Ancaq Priqojin elə bir insan idi, onun dəmir xarakteri və istədiyini dərhal əldə etmək istəyi var idi”, – Kadırov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Ukraynadakı vəziyyətdən təngə gəlib – Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq

redaktor

“HAMIMIZIN BİR ARZUSU VAR – O GƏBƏRSİN!” – Zelenskinin müraciətinə Kremldən reaksiya

redaktor

Zelenski olduqca qəribə görünür – Britaniya mediası

redaktor