13 C
Bakı
04 Oktyabr 2026 10:49
Hadisə

Ermənistanda rus hərbçilərlə ermənilər arasında dava düşdü – Yaralılar var

 

Gümrüdə Rusiya hərbi bazası hərbçiləri ilə yerli ermənilər arasında dava düşüb.

Tacxeber.com “hraparak”a istinadən xəbər verir ki, Gümrüdə mütəmadi olaraq rus hərbçilərinin iştirakı ilə dava düşür, ancaq bu dəfə baş verən dava böyük səs-küyə səbəb olub.

Belə ki, 102-ci hərbi bazanın yaxınlığındakı “Rossiya” kafesinə 3 sərxoş hərbçi daxil olaraq oradakı müştərilərə və işçilərə qarşı kobud davranıb. Rus hərbçiləri  yerli erməniləri söyüb və təhqir ediblər.

Rus hərbçilər oradan çıxarılsa da, onlar qısa müddətdən sonra böyük bir dəstə ilə yenidən kafeyə gələrək orada dava salıblar. Dava zamanı kafenin işçilərindən birinin burnu sınıb.

Nəticədə hadisə yerinə çoxsaylı polis qüvvəsi cəlb edilib.

Polisdən verilən məlumata görə, hadisə ilə bağlı 3 nəfər həbs edilib, ibtidai araşdırma aparılır.

Lakin həbs olunanların Rusiya hərbçisi olub-olmadığı açıqlanmır.

Tacxeber.com

Oxşar xəbərlər

Dubay–Təl-Əviv reysi: Terror cəhdi hekayəsində cavabsız qalan suallar

redaktor

Nəsimi Musayev hadisəsi: Psixoloji böhran ehtimalı araşdırılmalıdır

redaktor

Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, yerli sakini yaralamaqda şübhəli bilinir

admin