Hadisə

31 il əvvəl şəhid olan Məhərrəm dəfn olundu – VİDEO

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Abbasov Məhərrəm Abbas oğlunun dəfn mərasimi keçirilib.

Tacxeber.com xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

O, Keşlə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn edilib.

Məhərrəm Abbasov 1961-ci il 26 fevralda Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. O, 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı itkin düşüb. Onun meyitinin qalıqları Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib.

Tacxeber.com

Oxşar xəbərlər

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

admin

27 illik zorakılıqdan sonra həyatına son qoyan qadının ərinə minimum cəza verilib: “Məni sən öldürdün”

admin

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor