21 C
Bakı
12 Avqust 2025 07:30
Hadisə

Xəstənin qarnında 12 santimetrlik parça qaldı, əlil oldu – Video

Xəstənin qarnında 12 santimetrlik parça qaldı, əlil oldu - Video

İstanbulda bir kişinin qarnından 12 santimetrlik parça çıxarılıb.

Tacxeber.comxəbər verir ki, kafe sahibi olan şəxsə əvvəlcə səhvən xərçəng diaqnozu qoyulub. Buna görə əməliyyat olunan şəxs 60% əlil qalıb.

Bir müddətdən sonra həmin şəxs appendisitinin partladığını öyrənib və yenidən əməliyyat olunub.

Əməliyyatdan sonra həmin şəxsin ağrıları daha da kəskinləşməyə və yarası iltihablanmağa başlayıb.

Təzədən əməliyyat olunan şəxsin qarnından bu dəfə parça çıxarılıb və həkimləri şoka salıb.

O, bunun həkim səhvi ucbatından baş verdiyini bildirib:

“Həkim dedi ki, əməliyyat zamanı qarnımda parça unudulub və buna görə infeksiya yaranıb. O, bu cür halların ölümlə də nəticələnə biləcəyini bildirdi. Ona görə də xəstəxanaya gedib Xəstə Hüquqları Departamentinə şikayət ərizəsi verdim. Həkim qarnımda parçanı unutduğunu gizlətməyə çalışdığına görə “qəsdən xəsarət yetirmə” maddəsi ilə iddia qaldırılmasını tələb etdim”.

Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırmalara başlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

“102-yə zəng edib ki, restorana bomba qoyulub” – Generalın oğlunun toyunu kimlər pozub?

admin

Azərbaycanəsilli iş adamı Qod Nisanova ağır itki üz verib.

admin

Aleks Lyutı: nasist əlaltısı

admin