28 C
Bakı
12 Avqust 2025 18:52
Hadisə

Tanınmış məşqçi həbs edildi – Sumqayıtda daha bir idman biabırçılığı

 

Sumqayıtda 7 yaşlı uşağın məşq zamanı müəllimi tərəfindən öldürülməsinin səs-küyü yatmamış daha bir dəhşətli hadisə baş verib. Bu dəfə Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin rəhbərliyi və müəllimi kriminal əməlləri ilə gündəmə gəliblər. Bakupost.az -ın əldə etdiyi məlumata görə, məktəbin cüdo bölməsinin müəllimi Əliyev Ceyhun Xasay oğlunun yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq etdiyi, qeyri-etik davrandığı aydın olub.

Məlumatlı mənbənin bildirdiyinə görə, valideynlərin şikayətindən sonra Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.

Məsələ ilə bağlı Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinini direktoru Fuad Aslanovla əlaqə saxladıq. F.Aslanov yaxın qohumunu xəstəxanaya gətirdiyi üçün danışmaq imkanı olmadığını, xəstəxanadan çıxdıqdan sonra bizimlə əlaqə saxlayacağını qeyd etdi.

Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi Ülkər Abbasova isə Bakupost.az –a bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır:

“Ceyhun Əliyevin saxlanılması ilə bağlı məlumatımız var. Araşdırma aparılır. Amma rəsmi olaraq, hamı kimi cavab gözləyirik. Həbs olunma səbəbi ilə bağlı hansısa məlumatım yoxdur”.

Hadisənin detalları barədə əlavə məlumat verəcəyik…

Qeyd edək ki, 7 yaşlı uşağın ölümü ilə nəticələnən hadisənin baş verdiyi Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 19 saylı məktəbin də Fuad Aslanovun nəzarətində olduğu bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Hava limanında dəyəri 1 milyon olan 53 kiloqramlıq saç aşkarlandı

redaktor

MN: Ermənilər itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər

redaktor

KGB Viktor Orbana 1 milyon vermişdi – CİDDİ İTTİHAM

admin