32 C
Bakı
09 Avqust 2025 14:21
Cəmiyyət

Bakıda “gizlənən işıqfor”a görə vətəndaşa cərimə protokolu gəlib – VİDEO

 

Bakıda işıqforun qırmızı işığından keçən sürücüyə elektron protokol tərtib edilib.

Tacxeber.com xəbər verir ki, sürücü Elçin Şahverdiyev deyir ki, ona cərimə paytaxtın Nəsimi rayonu Xəqani və Rixord Zorge küçələrinin kəsişməsində tərtib edilib.

O, iddia edir ki, ağacın gövdələri işıqforun qarşısını kəsdiyi üçün qırmızı işığın yanmasını görməyib və yoluna davam edib.

Qeyd edək ki, sürücüyə həmin qayda pozuntusuna görə, 60 manat və 3 cərimə balı tərtib edilib.

Elçin Şahverdiyev elektron ünvanına bu barədə məlumat gəldikdən sonra öyrənib ki, həmin ünvanda işıqfor var imiş. Bundan sonra yenidən həmin əraziyə gəlib və şahidi olub ki, işıqfor ağacın budaqları arxasında qaldığından görünmür.

Sürücü deyir ki, əgər həmin vaxt kəsişən küçədən başqa bir avtomobil gələrdisə ağır qəza qaçılmaz olacaqdı.

Məsələ ilə bağlı işıqforlara nəzarət edən Nəqliyyatı İntelekktual İdaretəmə Mərkəzinin əməkdaşı Ömər Xıdırov bildirir ki, həmin problemdən məlumatlıdırlar.

Sürücü ona tərtib edilən protokolun ləğv edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə də müraciət edib. Bildiriblər ki, bu fakt araşdırılacaq.

Daha ətraflı videomaterialda:

Tacxeber.com

Oxşar xəbərlər

Yekaterinburq hadisələrinə görə Overçukun Azərbaycana səfəri ləğv edildi

redaktor

“Tanzaniyalı futbolçular heç bəyənib Azərbaycan klublarına gəlmədilər”

admin

Polislər niyə qapı-qapı sorğu aparır? – DİN-dən AÇIQLAMA

redaktor