20 C
Bakı
24 İyun 2025 09:11
Dünya

İtaliyanın baş naziri italiyalı turistlərin pul ödəmədən qaçdığı restoranın hesabını bağladı

 

Albaniyanın Berat şəhərində bir qrup italyan turist yemək yediyi restoranın pulunu ödəmədən restoranı tərk edib.

Tacxeber.com “Haber7com”a istinadla xəbər verir ki, xəbər iki ölkənin mətbuatında əksini tapıb.

Yerli media Albaniyanın baş naziri Edi Ramanın həmin vaxt ölkədə səfərdə olan İtaliyanın baş naziri Corca Meloniyə məsələni çatdırdığını bildirib.

Corca isə İtaliyanın Albaniyadakı səfirinə hesabı ödəməyi tapşırdığını yazıb.

İtaliyanın Tirandakı səfirliyi Corcanın göstərişi ilə bir qrup italyan turistin Berat şəhərində ödəniş etmədən çıxdıqları restoranda hesabın bağlanıldığını bildirib.

“İtalyanlar qaydalara əməl edir və borclarını ödəyir, ümid edirik ki, belə hadisələr bir daha təkrarlanmayacaq.”

Səfirlik mətbuat mənsublarına hesabın 80 avro (təx.148 AZN) olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev Rusiya qırıcılarına qarşı yeni taktika tətbiq edir

admin

Ukrayna Təhlükəsizlik Xidmətinin növbəti “sürprizi”

redaktor

Britaniya tarixində indiyədək sağ qalan məhkumla bağlı qeydə alınmış ən uzunmüddətli məhkəmə səhvi – Yadigar Sadıqlı

admin