Cəmiyyət

İran istehsalı olan 15 dron Ukraynada məhv edildi

İran istehsalı olan 15 dron Ukraynada məhv edildi 

Ukrayna hərbçiləri bu gecə Rusiya ərazisindən atılan 17 kamikadze tipli pilotsuz uçuş aparatından 15-ni məhv edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Bu gecə Rusiya Federasiyası İran istehsalı “Şahed-136/131” pilotsuz uçuş aparatlarından istifadə edərək Ukraynaya növbəti hava zərbəsi endirib. Bu terror aktının nəticələri ilə bağlı məlumatlar hələ də dəqiqləşdirilir”, – məlumatda deyilir.

Gecə saatlarında Ukraynanın mərkəzi və qərb bölgələrində hava xəbərdarlığı elan edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, son sutka ərzində Rusiya ordusu Ukrayna ərazisinə 3 raket və 41 hava zərbəsi endirib. Dinc əhali arasında ölən və yaralananların olduğu bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

“Haber Global”ın sahibinin bahalı saat kolleksiyası – Anar Əlizadənin yarımmilyonluq hədiyyəsi

admin

İctimai nəqliyyat şagird və müəllimlər üçün pulsuz olsun – TƏKLİF

redaktor

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi – YENİLƏNİB (FOTOLAR)

admin