29 C
Bakı
11 Avqust 2025 14:46
İdman

“38 yaşıma qədər oynasaydım, Ronaldodan daha yaxşı olardım”

“38 yaşıma qədər oynasaydım, Ronaldodan daha yaxşı olardım”

“Milan”ın və Niderland millisinin sabiq üzvü Marko van Basten məşhur oyunçu, hazırda “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldo haqqında danışıb.

Tacxeber.com xəbər verir ki, o, özü ilə portuqaliyalı forvardı müqayisə edərək maraqlı fikirlər səsləndirib:

“İndiki oyunçulardan hansı mənə bənzəyir? Kriştiano Ronaldo buna yaxındır. Amma fiziki cəhətdən daha güclüdür. Onun 38 yaşı var və hələ də oynayır. Amma 38 yaşıma kimi oynasam, nə olacağını görmək istərdim. Düşünürəm ki, Ronaldodan daha yaxşı olardım”.

Qeyd edək ki, Van Basten “Ayaks”da 172 oyunda 152 qola, “Milan”da isə 201 matçda 125 qola imza atıb. Hücumçu 31 yaşında xroniki zədə səbəbindən karyerasını başa vurub.

38 yaşlı Ronaldo isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr”inə keçdikdən sonra 25 matçda 20 qol vurub.

Tacxeber.com

Oxşar xəbərlər

DÇ-2022-də ağır zədə – Şahzadə şəxsi təyyarə ayırdı

admin

DÇ-2022: Ronaldu Mərakeşə uduzduqları oyundan sonra ağladı -Video

redaktor

Bu gün oyunlar bu kanallarda yayımlanacaq.

admin