12 C
Bakı
28 Mart 2026 22:28
Cəmiyyət

Telefonu yastığın altına qoyanlara XƏBƏRDARLIQ

 

“Apple”ın internet saytında iPhone əməliyyat sistemi iOS-un ən son versiyası ilə bağlı müştərilərə xəbərdarlıq edilib.

Tacxeber.com xəbər verir ki, “iPhone üçün vacib təhlükəsizlik məlumatı” başlıqlı xəbərdarlıqda telefonların gecə boyu şarj edilməsinin doğru olmadığı qeyd olunub. “Apple” istifadəçilərə tövsiyə edib ki, cihaz enerji mənbəyinə qoşulubsa, dərinin onunla uzun müddətli təmasından qaçmaq üçün ehtiyatlı olmalısınız.

Xəbərdarlıqlarda qeyd olunub ki, cihazın enerji təchizatına qoşulmuş şarj kabeli və birləşdiricisinin dəri ilə uzun müddət təması narahatlıq və ya müəyyən problemlər yarada bilər.

İstifadəçilərə ünvanlanan məktubda həmçinin cihazlarını, simsiz şarj cihazını və ya enerji adapterini yorğan, yastıq və ya bədən altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Bəxtiyar Hacıyev vətəndaşlıqdan imtina müraciətini Prezident aparatına təqdim etdi.

admin

Səməd Vurğunun qohumu Əli Nicata cavab verdi: “Yaltaq sənsən, şizofirenik…”

redaktor

Qohumla nigahın fəsadları

redaktor