İdman

“Partizan” böyük təcrübəyə malikdir” – “Sabah”ın baş məşqçisi

“Rəqib böyük təcrübəyə malik komandadır”.

Tacxeber.com-ın məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Serbiyada “Partizan”a 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransda deyib.

40 yaşlı mütəxəssis penaltilər seriyasında uduzduqları üçün təəssüfləndiyini bildirib:

“Onlara meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. Böyük qüvvə ilə irəli atılmışdılar. Bu da bizə sürətli əks-hücumlar etmək üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən sonra, ikinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi.

Musayev əlavə vaxtda sərgilədikləri oyundan razı qaldığını vurğulayıb: “Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da dəyərləndirə bilmədik. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi. “Partizan”ı növbəti mərhələyə keçmələri münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram”.


Oxşar xəbərlər

Azərbaycan klubunun hər futbolçusuna 7 min manat mükafat veriləcək

redaktor

“Messinin taxtını ələ keçirməyə çalışanlara yazığım gəlir” – Qvardiola

admin

Murad Musayev: “Hakim 200 faizlik penaltimizi vermədi”

admin