19 C
Bakı
10 Oktyabr 2026 04:16
Gündəm

Fantastik nəticə.

Bakıda keçirilən şahmat üzrə Dünya kubokunda əsas ümidlərimiz, son illər həmişə olduğu kimi, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla bağlı idi.

28 yaşlı qrossmeyster Nicat Abbasov isə indiyə qədər superqrossmeysterlər koqortasında olmayıb: əmsalı heç vaxt 2700-ü adlamayıb, hazırda isə 2646-dır. Amma Bakı turnirində Nicat xarüqələr göstərir.

O, erkən mərhələdə zimbabveli Roduell Makotaya qalib gəldi. 1/64 finalda özündən daha tanınmış fransalı Loran Fressineni (2652) uddu.

Sürprizlər isə 1/32 finalda başladı. Şahmatçımız son dövrlər şahmat elitasının dəyişməz üzvü sayılan, 2769 reytinqə malik niderlandlı Aniş Girini məğlub etdi.

1/16 finalda rusiyalı Petr Svidleri (2688) uddu.

1/8 finalda BƏƏ-ni təmsil edən Saleh Salemə (2661) hər iki klassik partiyada qalib gəldi.

1/4 finala qalan səkkiz şahmatçı arasında ən aşağı əmsallısı olan Nicat bugün hindistanlı Vidit Santoşa (2713) qalib gələrək yarımfinala çıxıb. Nicat bu mərhələdə Maqnus Karlsenlə qarşılaşacaq.

Əlbəttə, könül istər ki, Nicat Dünya kubokunun qalibi olaraq Teymur Rəcəbovun 2019-cu ildəki uğurunu təkrarlasın. Amma onun indiyə qədər etdikləri də fantastik nəticədir və təbrikə layiqdir.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər

Din – Siyasətdir…

redaktor

“Zamanla Ramiz Rövşənin tərcümeyi-halı gizlində “itaət”ə öyrəşdi…” — Emil Rasimoğlu yazır…

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin