Siyasət

Ağdam-Xankəndi yolunun işə salınması lazımdır – Korotçenko

 

“Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri arasında danışıqlar prosesi birbaşa olmalıdır”.

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko BMT TŞ-nin dünən keçirilən iclası ilə bağlı danışarkən deyib.

O, iclasda Rusiyanın mövqeyinin mahiyyəti ilə əlaqədar bildirib ki, Qarabağ ermənilərinə Azərbaycan vətəndaşı kimi yanaşılır.

“Regionda heç bir xarici hərbi kontingent olmayacaq – yalnız Rusiya sülhməramlı kontingenti. Ağdam-Xankəndi yolunun (və Zəngəzur dəhlizinin) işə salınması lazımdır, o zaman Laçın yolu işə düşəcək. Moskva Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqlədi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın alternativi yoxdur”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Elə vəzifəlilər var ki, deputatın bir aylıq maaşını bir saata qazanırlar”

redaktor

“MAGA, hardasınız?” Putinin ideoloqu Aleksandr Duqin

admin

Onlar Oval kabinetə icazəsiz daxil olub Trampı rüsumları dayandırmağa razı saldılar.

admin