17 C
Bakı
28 Sentyabr 2026 10:37
İdman

Neymar PSJ-dən “Əl-Hilal”a keçdi – RƏSMİ

 

Neymar “Əl-Hilal”a keçib.

Səudiyyə Ərəbistanı klubu futbolçunu təqdim edərək transferini açıqlayıb.

Daha əvvəl yayılan məlumatlara görə, braziliyalı yarımmüdafiəçi ərəb klubu ilə daha bir mövsüm uzadılmaq şərti ilə iki illik müqavilə imzalayıb.

Neymar bu müddət ərzində təxminən 160 milyon avro qazana biləcək.
PSJ-nin bonuslar da nəzərə alınmaqla, futbolçunun transferinə görə 120 milyon avroya qədər alacağı bildirilir ki, bu da klubun tarixində rekord satışdır.

Xatırladaq ki, Neymar ötən mövsüm Liqa 1-də 20 matçda 13 qol vurub, 11 məhsuldar ötürmə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Simoenedən Mourinyoya: “Sərhədi keçməməlisən”

admin

“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” – Zidan

admin

Yenə təxribat, yenə manipulyasiya…

redaktor