24 C
Bakı
13 Avqust 2025 10:09
Hadisə

Ermənilər Azərbaycan konsulluğunun qarşısına toplaşıb – VİDEO

 

ABŞ-də Los-Anceles şəhərinin erməni icmasının nümayəndələri Azərbaycan konsulluğu qarşısında Laçın yolundakı vəziyyətə etiraz olaraq aksiya keçirirlər.

Tacxeber.com xəbər verir ki, etirazçılar konsulluğa gedən yolları bağlayıb, ərazidə nəqliyyatın hərəkətini iflic edib, çadırlar qurublar.

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Sputnik Azərbaycan-a bildirib ki, aksiya ərazisində vəziyyətə nəzarət edilir: “Hazırda orada gecədir. Amma bizə verilən məlumata əsasən Los-Anceles polisi və diplomatik təhlükəsizlik xidmətinin orada təhlküəsizliyi təmin etdiyi bildirilir”.

 

Oxşar xəbərlər

Nəşi Almaniyada yandırıldığı bildirilən həmyerlimizin anası DANIŞDI – VİDEO

redaktor

Azərbaycandan qovulan Ocaqnejadın yeni təyinatı

admin

31 il əvvəl şəhid olan Məhərrəm dəfn olundu – VİDEO

redaktor