Cəmiyyət

Separatçıların yeni qurduqları hərbi mövqelərin peyk görüntüləri yayıldı – VİDEO

 

Erməni separatçıları Qarabağda öz qanunsuz hərbi fəaliyyətlərini 44 günlük müharibədən sonra da davam etdiriblər.

Belə ki, sosial şəbəkələrdə sözügedən qanunsuz hərbi fəaliyyətləri açıq şəkildə ortaya qoyan kadrlar yayılıb.
Kadrlardan görünür ki, erməni separatçıları 2020-ci ildə heç bir hərbi infrastruktur olmayan ərazidə sonradan yeni mövqelər inşa ediblər və silah sistemləri yerləşdiriblər. Sözügedən mövqelər Azərbaycan tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradılmamışdan əvvəl qurulub.

Həmçinin kadrlarda Xankəndi istiqamətində müharibədən sonra yeni qurulmuş mövqelər də öz əksini tapıb.

 

Oxşar xəbərlər

Xərçəngdən necə qorunmalıyıq? – Xəstəlik riskini azaldan 5 qida

admin

“Rəşadət” ordeni nədir? – Aydan Rəhimli ona layiq görülən ilk qadın oldu

redaktor

İnternetdə ədalətsizlik: 5-10 min maaş alan da, 320 manat pensiya alan da eyni 25 manatı ödəyir.

admin